Biz müştərilərimizin qayğısına qalmaq məqsədilə pul ilə məsuliyyətli oyunu təbliğ edirik. Biz hesab edirik ki, Sizin qarşınızda məsuliyyət daşıyırıq və istəyirik ki, saytımızda zaman keçirməyiniz Sizə yalnız müsbət emosiyalar bəxş etsin, Siz mərc oyunları ilə bağlı bütün mümkün və sosial riskləri başa düşəsiniz.
Nəzarətin saxlanması
Siz mərc oyunlarının adi zaman keçirməkdən daha böyük bir iş olmaması haqqında özünüzə hesabat verməlisiniz. Təəssüf ki, bəzi insnlar yanlış olaraq bu hobbidən gəlir mənbəyi etməyə çalışırlar, bu da son nəticə olaraq onların maddi və mənəvi vəziyyətinə mənfi təsir göstərir. Biz istərdik ki, siz özünüzü problemlərlə yükləmədən oyundan zövq alasınız. Bunun üçün sadə qaydalara əməl etmək lazımdır:
- 1. Pul ilə oyun oynayarkən həmişə ölçünü bilməlisiniz. Yadda saxlayın ki, bu iş deyil, yalnız əyləncədir.
- 2. Nəyin bahasına olur olsun uduzduğunuzu qaytarmağa çalışmayın. Bəzən daha yaxşı olar ki, dayanasınız və oyunu ertəsi gün davam etdirəsiniz.
- 3. İmkanınız çatmayan pul qoyuluşları etməyin.
- 4. Vaxta və oynadığınız məbləğə nəzarət edin.
- 5. Əgər Siz dayana bilməyəcəyinizi hiss edirsinizsə, bizim dəstək xidmətimizə yazın. Sizin müraciətinizə əsasən biz Sizin bir qədər dincəlməyiniz üçün sizin uçot qeydinizi müvəqqəti dayandıra bilərik.
- 6. Mərc oyunlarına meylin dəf edilməsində kömək üçün kənardan müdaxilə zərurəti yarandığı təqdirdə, siz həmişə aşağıdakı siyahıdan ixtisaslaşdırılmış təşkilatlardan birinə müraciət edə bilərsiniz.
Sizin problemləriniz varmı?
Mərc oyunlarının Sizin üçün və Sizin yaxınlarınız üçün problem olduğunu necə başa düşmək olar? Bunun belə olduğunu başa düşmək üçün bu suallara cavab verin:
- 1. Pul ilə oyun sizin işinizə və ya təhsilinizə mane olmağa başlamışdırmı?
- 2. Siz sadəcə darıxdıqda pul ilə oynayırsınızmı?
- 3. Sizi nə vaxtsa pul ilə oyuna görə tənqid etmişlərmi?
- 4. Mərc oyunlarına görə Sizin dostlarınıza və ya ailənizə marağınız azalmamışdırmı?
- 5. Siz oyuna xərclədiyiniz pulların həqiqi miqdarını gizlətmək üçün nə vaxtsa yalan danışmısınızmı?
- 6. Sizə oyun üçün pul əldə etmək naminə yalan danışmaq və ya oğurluq etmək lazım gəlmişdirmi?
- 7. Siz oyun üçün daha çox vəsait saxlamaq üçün gündəlik əşyalara xərclədiyiniz vəsaitlərə qənaət edirsinizmi?
- 8. Siz bütün pullarınızı uduzana qədər oynayırsınızmı?
- 9. Əgər Siz uduzursunuzsa, Sizdə uduzduğunuzu dərhal qaytarmaq üçün qarşısıalınmaz arzu yaranırmı?
- 10. Sizin üçün pul ilə oyun küsüntülər və ya həyatın ümidsizliklərindən sonra son təskinliyinizdirmi?
- 11. Pul ilə oyunda uzun müddətli uğursuzluq zolağından sonra Sizdə depressiya və ya intihar haqqında fikirlər yaranırdılarmı?
Siz nə qədər çox Bəli! cavabı verdinizsə, mərc oyunlarının Sizin üçün problem olduğu ehtimalı bir o qədər çoxdur. Siz pul ilə oyunu dayandırmaq və yardım üçün ixtisaslı mütəxəssislərə müraciət etmək barədə ciddi şəkildə düşünməlisiniz.
Könüllü bloklama
Əgər Sizə pul ilə oyunda uzunmüddətli fasilə etmək lazım gəlsə, öz növbəmizdə, biz hazırıq ki, Sizə könüllü olaraq bloklanma imkanını təqdim edək. Özünü bloklanma nəzərdə tutur ki, Sizin hesabınız müəyyən və qeyri-müəyyən vaxta qədər bloklanacaq və Siz, onun müddəti bitənə qədər, hesabınızdan istifadə edə bilməyəcəksiniz. Könüllü olaraq bloklanmanın qoşulması üçün, saytın dəstək çatına yazılı surətdə müraciən edin.
Yenidən aktiv edilmək üçün, müştəri yazılı şəkildə hesabın bərpası üçün sorğu göndərməlidir. Çatda bizə yazın ki, oyun hesabınızın könüllü olaraq bloklanmasını ləğv etmək istəyirsiniz. Bu halda, Sizin hesabınız müəyyən olunmuş vaxtda blokdan çıxarılacaq.
İnternetə girişdə məhdudiyyət
Müxtəlif filtrasiya sistemləri veb saytların ziyarət edilməsinə məhdudiyyətlər qoymağa imkan verir. Bu alətlər sayəsində valideynlər öz uşaqları üçün mərc saytlarına girişi məhdudlaşdıra bilərlər. Əgər Sizin kompüterinizdən yetkinlik yaşına çatmayan istifadəçilər istifadə edirsə, o zaman onların mərc oyunlarına həsr olunmuş saytları ziyarət etməsindən yayınmaq üçün Sizə aşağıdakı internet-filtrlərdən istifadə etməyi tövsiyə edirik.
Nəzərdə saxlayın ki, yetkinlik yaşına çatmamış bütün oyunçuların uduşları ləğv olunacaq və oyunçu haqqindakı məlumatlar isə əlaqədar orqanlara ötürüləcək.